Türkiyənin Samsun şəhərində küçədə döyülərək xəsarət alan şəxs xəstəxanada onu dindirən polisə hücum edib.
"İhlas Haber Ajansı” (İHA) məlumat verir ki, hadisə xəstəxananın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Polislər onlara hücum edən kişini dərhal zərərsizləşdirməyi bacarıb.








