Genişmiqyaslı təlimlərin planına əsasən, təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib.
7news.Az-a Müdafiə Nazirliyindən verilən məlumata görə, "Həyəcan” siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.
Hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi sona çatdırılıb.
7news.Az








