RU
Çeçenistanda partlayış
13:05
1011

Çeçenistanda partlayış

Çeçenistanın paytaxtı Qroznıda iki terrorçu Nəzarət-Buraxılış Məntəqəsinə hücum edib.

7News.az Rusiya mətbuatına istinadən xəbər verir ki, nəticədə 6 polis əməkdaşı yaralanıb. 4-nün vəziyyəti daha ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Üzərlərinə qumbara və partlayıcı qurğu bağlamış iki silahlı Qroznıya daxil olmağa çalışıb. Polislərin onları yoxladığı zaman yaraqlılardan biri özünü partladıb. Digəri isə silahla atəş açmaq istəyərkən zərərsizləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ