RU
Ədliyyə Nazirliyində islahatlar: Vəzifədən azad olunanlar var
19:52
826

Ədliyyə Nazirliyində islahatlar: Vəzifədən azad olunanlar var

Ötən il fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə Ədliyyə Nazirliyi İcra xidmətinin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

7News.Az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyində İcra xidmətinin bütün yerli qurumlarının, habelə nazirliyin müvafiq idarələrinin rəhbərlərinin iştirakı ilə keçirilən müşavirədə bildirilib.

O cümlədən 5 əməkdaşın ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ