RU
Əfqanıstan-Pakistan sərhədində qarşıdurma olub, ölən və yaralananlar var
12:20
300

Əfqanıstan-Pakistan sərhədində qarşıdurma olub, ölən və yaralananlar var

Əfqanıstan-Pakistan sərhədində Spin-Boldak-Çaman keçid məntəqəsi yaxınlığında açılan atəş nəticəsində azı 6 nəfər ölüb, 17 nəfər isə yaralanıb.

Bu barədə Pakistan Müdafiə Nazirliyinin qurumlararası ictimaiyyətlə əlaqələr xidməti məlumat yayıb.

"Dekabrın 11-də Əfqanıstan Sərhəd Qüvvələri Bəlucistan əyalətinin Çaman şəhərində dinc əhaliyə qarşı ağır silahlardan, o cümlədən artilleriya və minaatanlardan istifadə edərək atəş açıb, nəticədə 6 mülki şəxs həlak olub, 17 nəfər yaralanıb”, - məlumatda bildirilib.

Nazirlik qeyd edib ki, Pakistan Sərhəd Qoşunları qarşı tərəfin bu "aqressiyasına layiqincə cavab verib”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ