RU
Əfqanıstanda 14 nəfər terrorun qurbanı oldu
01:10
766

Əfqanıstanda 14 nəfər terrorun qurbanı oldu

Hücum zamanı 11 nəfər yaralanıb.

Əfqanıstanın Parvan vilayətində terrorçu-kamikadzenin xəstəxanaya hücumu zamanı 14 nəfər ölüb.

Terror aktına görə məsuliyyəti öz üzərinə “Taliban” döyüşçüləri götürüblər. Yaraqlılar bildiriblər ki, onların əsas hədəfi yerli polis rəisi olub. Mülki vətəndaşlar arasında itkilərin olmasına səbəb hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən açılan atəş olub.

Rəsmi məlumata əsasən, ölənlərdən altısı polis işçisidir. Həmçinin terror aktı zamanı 11 nəfərin yaralandığı bildirilir./oxu

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ