RU
Əfqanıstanda 5 mln. insan məcburi köçkün vəziyyətinə düşüb
21:10
603

Əfqanıstanda 5 mln. insan məcburi köçkün vəziyyətinə düşüb

Əfqanıstanda son zamanlar hərbi fəaliyyətlər nəticəsində 5 milyondan çox insan məcburi köçkünə çevrilib.

7NEWS.Az xəbər verir ki, bu barədə məlumatı "Ariana News” telekanalı yayıb.

Bildirilir ki, "Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatının məlumatına görə, 5 milyondan çox məcburi köçkün Əfqanıstanda artan humanitar böhran fonunda ciddi şəkildə yardıma ehtiyac duyur. 

 

Kanalın məlumatına görə, müharibə və dağıntılardan qaçan minlərlə insan Kabildə müvəqqəti düşərgələrdə yaşayırlar. Burada onlar tibbi yardım ilə təmin olunmurlar. Qida isə qeyri-müntəzəm şəkildə verilir. 

Sözügedən düşərgələrdə qalan məcburi köçkünlərdən birinin sözlərinə görə, müxtəlif əyalətdən gələn insanlar düşərgələrdə çox çətin vəziyyətdə yaşayır. Bildirilir ki, bu günə kimi nə "İslam əmirliyi” ("Taliban” hərəkatının yaratdığı dövlətin adı – red.), nə də hər hansı digər təşkilat onlarla maraqlanır.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ