RU
Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək
15:00
299

Əfqanıstanda cinayətkarların əlləri kəsiləcək

"Taliban” Əfqanıstanda edam hökmlərini bərpa etmək planlarını açıqlayıb. Bundan başqa  cinayətkarların əlləri və ayaqları kəsiləcək.

"Əllərin kəsilməsi təhlükəsizliyin təmini üçün vacibdir”, - deyə hərəkatın qurucularından Molla Nuruddin Turabi bəyan edib. O, bu tədbirin çəkindirici təsir göstərdiyini bildirib.

 

Əzaların kəsilməsi və edam hökmlərinin ictimaiyyət qarşısında keçirilib-keçirilməməsi barədə "Taliban” hələ bir qərara gəlməyib.

Qeyd edək ki, Nuruddin Turabi yeni Əfqanıstan hökumətində həbsxana xidmətinə rəhbərlik edir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ