RU
Əfqanıstanda dəhşətli terror aktı — Ölənlərin sayı 49-a çatdı
11:21
440

Əfqanıstanda dəhşətli terror aktı — Ölənlərin sayı 49-a çatdı

Əfqanıstanın paytaxtı Kabul şəhərində güclü partlayış baş verib.

Kabulda törədilən dəhşətli terror aktı nəticəsində ölənlərin sayı 49-a çatıb. Bundan başqa 300 nəfər xəsarət alıb.

***

Almaniyanın Əfqanıstandakı səfirlik binası yanında törədilən terror aktı nəticəsində 10 nəfərdən çox insan həlak olub. Bu barədə Kabul polisi məlumat yayıb. Məlumata əsasən minalanmış avtomobil partladılıb. İnsident nətticəsində 100-dən çox insan yaralanıb.

Bundan başqa partlayış nəticəsində Yaponiya səfirliyinin iki əməkdaşı yaralanıb. Bildirilir ki, yapon diplomatların aldığı xəsarət o qədər də ciddi deyil. Partlayış dalğası Yaponiya səfirliyi binasının şüşələrini çilik-çilik edib.

Partlayış nəticəsində "Sinxua" agentliyinin yerləşdiyi bina da ziyan çəkib. Partlayış dalğası birinci mərtəbədəki bütün şüşələri sındırıb.//olke.az
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ