Əfqanıstanda "İslam dövləti” terror təşkilatının hücumu nəticəsində ölkənin Silahlı Qüvvələrinin 20 əsgəri həlak olub.
7news.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yerli hökümətin məlumatına əsasən, hücum dünən gecə ölkənin qərbində Nanqarhar əyalətində baş verib.
İŞİD yaraqlıları üç istiqamətdə Əfqanıstan ordusunun mövqelərinə hücum ediblər. Bir neçə saat davam edən döyüşlərdə 17 əsgər ölüb.
Öz növbəsində, Əfqanıstan ordusu 21 yaraqlını zərərsizləşdirib.
7news.Az








