Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı 35-ə çatıb.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, "Haşt-e sübh” qəzeti daha 23 nəfərin yaralandığını yazır.
Qəzetin yazdığına görə, ölənlərin əksəriyyəti mədrəsədə təhsil alan şagirdlərdir.
Meyitlərin və xəsarət alanların mədrəsədən təxliyəsi davam edir.
Bundan əvvəl partlayışın kamikadze-terrorçu tərəfindən törədildiyi bildirilsə də, bu versiya hələlik rəsmi təsdiqlənməyib.
Hakimiyyət orqanları partlayışın səbəbi barədə hələlik açıqlama verməyib.
14.30
Əfqanıstanın Səməngan əyalətində mədrəsədə partlayışda ölənlərin sayı artıb.
7NEWS.Az yerli "Tolo News” telekanalına istinadən xəbər verir ki, partlayışda ölənlərin sayı 15-ə çatıb, 27 nəfər yaralanıb.
14.19
Əfqanıstanın şimalında partlayış olub.
7NEWS.Az TASS-a istinadən xəbər verir ki, partlayış Səməngan vilayətində, mədrəsədə ibadət zamanı baş verib.
Partlayış nəticəsində azı 10 şagird həlak olub. Yaralananların olduğu bildirilir.
7NEWS.Az








