Əfqanıstanın şimal-qərbindəki Herat əyalətində yerləşən Güzərgah məscidində törədilən partlayış nəticəsində 20 nəfər ölüb.
7NEWS.Az "Khaama Press”ə istinadən xəbər verir ki, bu barədə "Taliban” hökumətinin sözçüsü Zəbiullah Mücahid bildirib.
Onun sözlərinə görə, ölənlər arasında məscidin 38 yaşlı imamı Mövləvi Mücib Rəhman Ənsairi də var.
"Taliban” hökuməti baş nazirinin müavini Əbdül Qəni Bəradər hadisənin baş verdiyi əraziyə yola düşüb.
7NEWS.Az







