RU
Əfqanıstanda məsciddə törədilmiş terror aktı nəticəsində 46 nəfər ölüb, 140-dan çox adam yaralanıb - YENİLƏNİB
19:55
131

Əfqanıstanda məsciddə törədilmiş terror aktı nəticəsində 46 nəfər ölüb, 140-dan çox adam yaralanıb - YENİLƏNİB

Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 46-ya çatıb.

7NEWS.Az-ın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə "Baxtar" dövlət agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün Qunduz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində törədilən partlayış nəticəsində 46 nəfər ölüb, 140-dan çox adam yaralanıb.

Qeyd edək ki, hələlik heç bir qruplaşma terror aktı ilə bağlı məsuliyyəti öz üzərinə götürməyib.

 

----


İlkin məlumata görə, Əfqanıstanın Qunduz vilayətində törədilmiş terror aktı nəticəsində ölü və yaralı sayı 100-dən çoxdur.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə BMT-nin Əfqanıstana Yardım Missiyasından bildirilib.

BMT-nin Əfqanıstana Yardım Missiyası terror aktına görə dərin narahatlığını ifadə edib.

AFP-nin xəstəxanadakı mənbələrə istinadən verdiyi xəbərə görə, terror aktı nəticəsində ən azı 50 nəfər ölüb.

 

-----


Əfqanıstanda məsciddə terror aktı törədilib.

7NEWS.Az-ın xəbərinə görə, bu barədə "Taliban” hərəkatının nümayəndəsi, eyni zamanda hökumətin müvəqqəti təyin edilmiş informasiya və mədəniyyət nazirinin müavini vəzifəsini tutan Zabihulla Mücahid bildirib.

Onun sözlərinə görə, ölkənin Qunduz vilayətinin Bəndər şəhərinin Xan Abad rayonunda şiə məscidində partlayış baş verib. Z. Mücahid partlayış nəticəsində ölənlər və yaralananların olduğunu bildirib. Ölənlərin sayı hələ açıqlanmayıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ