"Taliban” hərəkatı Əfqanıstanda məktəb və mədrəsələrin açılacağını bəyan edib.
7NEWS.Az-ın "TOLO News"a istinadən verdiyi xəbərə görə, bu barədə "Taliban”ın müvəqqəti hökumətinin Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, oğlan şagirdlərin oxuduğu məktəblər və qeydiyyatdan keçmiş mədrəsələr sentyabrın 18-də açılacaq.
"Bütük kişi müəllimlər və şagirdlər məktəblərə geri dönməlidir”, - deyə məlumatda qeyd olunub.
7NEWS.Az







