Əfqanıstanda "Taliban”ın təsir dairəsi genişlənməkdə davam edir.
"Haber Global”ın məlumatına görə, son 5 gündə 7 vilayət mərkəzi hərəkat üzvlərinin nəzarətinə keçib.
Məlumata əsasən, dünən yaraqlılar Nimruz vilayətinin mərkəzi Zərənc şəhərini, bu gün isə Fərah vilayəti və eyniadlı vilayət mərkəzini zəbt ediblər.
Hazırda ölkənin 34 vilayət mərkəzindən 27-si hökumət qüvvələrinin nəzarəti altındadır.
7NEWS.Az








