RU
Tramp Hörmüz boğazını minalamağa çalışan istənilən gəmini məhv etməyə göstəriş verib
17:13
20

Tramp Hörmüz boğazını minalamağa çalışan istənilən gəmini məhv etməyə göstəriş verib

ABŞ Hərbi Dəniz Qüvvələrinə əmr vermişəm ki, Hörmüz boğazı sularında mina yerləşdirən istənilən qayığı nə qədər kiçik olursa-olsun vurub məhv etsinlər.

Bunu ABŞ Prezidenti Donald Tramp öz "Truth Social” hesabında yazıb.

Tramp İranın 159 hərbi gəmisinin artıq dənizin dibində olduğunu bildirib.

ABŞ lideri bu əmri yerinə yetriməkdə heç bir tərəddüd edilməməsini tələb edib və boğazın minalardan təmizlənməsini sürətləndirməyə göstəriş verib: "Bundan əlavə, bizim minatəmizləyən gəmilərimiz hazırda boğazı təmizləyir. Bu fəaliyyətin davam etdirilməsini, lakin üçqat artırılmış səviyyədə həyata keçirilməsini əmr edirəm!”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ