Əfqanıstan təhlükəsizlik qüvvələri ölkədə ciddi hərbi əməliyyatlar keçirib.
Sutka ərzində 98 terrorçu məhv edilib. Bu barədə Əfqanıstanın müdafiə nazirliyi məlumat verib.
Məlumatda deyilir: "Son 24 saat ərzində Əfqanıstan təhlükəsizlik qüvvələri bir sıra rayonlarda terrorçulara qarşı əməliyyat keçiriblər. Nəticədə 98 terrorçu zərərsizləşdirilib, 36-ı isə yaralanıb".
Məhv edilən terrorçular arasında Taliban və İŞİD üzvləri var.
Hökumət qüvvələrinin itkiləri barədə məlumat verilmir./olke.az
7news.Az








