RU
Əfv siyahısı prezidentə təqdim edilib
12:24
546

Əfv siyahısı prezidentə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclaslarında müraciətlərinə müsbət rəy verilən məhbusların siyahısı prezident İlham Əliyevə təqdim olunub.

7news.Az-ın məlumatına görə, tövsiyə xarakterli siyahıda 1100 məhbusun adı yer alıb.

Dövlət başçısının yaxın günlərdə əfv sərəncamı imzalayacağı gözlənilir.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ