RU
Əhalinin kommunal borcları silinə bilər - MÜNASİBƏT
15:22
1068

Əhalinin kommunal borcları silinə bilər - MÜNASİBƏT

Əhali kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Çünki bu xərclər hər bir ailə başçısının aldığı əməkhaqqına müvafiq deyil. Ötən il kommunal sahədə ard-arda baş verən qiymət artımı bu sahədəki çətinlikləri bir daha artırmış oldu.
 
Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı hökumət tərəfindən əhalinin kommunal borcları silinə bilər? Eyni zamanda bu əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından cəlbedici olar.

Məsələ ilə bağlı BNEWS.az-a açıqlama verən Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa bildirib ki, əhalinin kommunal borcları silinə bilməz: "Çünki bunun prezident seçkilərinə heç bir aidiyyatı yoxdu. Belə bir ənənə də yoxdur ki, prezident seçkilərinə görə əhalinin kommunal borcları silinsin. Amma prezident istədiyi vaxt əhalinin kommunal borclarını silə bilər. Bunu büdcənin imkanlarına baxıb etmək lazımdır”.

Əhalinin kommunal xidməti borclarının silinməsi ilə bağlı məsələ Milli Məclisdə qaldırıla bilərmi? sualını cavablandıran F. Mustafa qeyd edib ki, qaldırıla bilər: "Eyni zamanda əhalinin kommunal borclarının silinməsi məsələsi güdəmə gətirilə bilər. Bu problemi Milli Məclisdə qaldırımağa çalışacam”, - deyə o, əlavə edib.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ