Vətəndaşlar xaricdə əmlak almağa başlayıblar.
Azərbaycanda növbəti devalvasiya ölkədə inşaat böhranını qaçınılmaz etdi.
Bu barədəMBA Consulting Group-un baş direktoru Nüsrət İbrahimov bildirib. Birinci fevral devalvasiyasından sonra alqı-satqı dayansa da, inşaat müəyyən dərəcədə davam edirdi.
“Bugünkü devalvasiya inşaat böhranını qaçınılmaz etdi, belə ki, birincisi idxal edilən inşaat materialları 50% bahalaşacaq, eləcə də Azərbaycanın Vergi Məcəlləsində yanvarın 1-dən qüvvəyə minən dəyişikliklərdə nəzərdə tutulan vergi rüsumu artacaq”, - İbrahimov deyib.
Onun sözlərinə görə, devalvasiyanın sazişlərin sayına təsirindən danışmağa dəyməz, belə ki, əmlak bazarında alqı-satqı hələ birinci devalvasiyadan sonra demək olar ki, dayandırılıb.
O zamandan bəri vətəndaşlar xaricdə, əsasən də Türkiyədə əmlak almağa başlayıblar./Fineko/abc
7news.az








