RU
Ekvadorda həbsxanada baş verən iğtişaşda 6 polis yaralanıb
16:53
83

Ekvadorda həbsxanada baş verən iğtişaşda 6 polis yaralanıb


7NEWS.az xəbər verir ki, Ekvador mətbuatında yer alan xəbərə görə, Quayaquil şəhərindəki Litoral həbsxanasında qarşıdurma və üsyan başlayıb. Səlahiyyətlilər məhbusların təhlükəsizlik qüvvələrinə partlayıcı ilə hücum etdiyini və hadisə nəticəsində 6 polisin yaralandığını bildirib. Polisin Twitter hesabından edilən açıqlamada təhlükəsizlik qüvvələrinin həbsxanada nəzarəti bərpa etmək üçün 1300 polislə yanaşı çoxlu əsgərlə də genişmiqyaslı əməliyyata başladığı bildirilib.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ