7NEWS.az xəbər verir ki, ölkənin ən böyük həbsxanası olan Cənubi Amerika ölkəsi Ekvadorun Quayaquil şəhərində yerləşən Litoral Həbsxanasında həftə sonu məhbuslar arasında baş verən davadan sonra başlayan iğtişaşda balans artır. Baş Prokurorluqdan verilən açıqlamada iğtişaşda həyatını itirənlərin sayının 18-dən 31-ə yüksəldiyi, 14 yaralının müalicəsinin davam etdirildiyi bildirilib. Üsyan ölkənin digər həbsxanalarına da sirayət etdiyi üçün onlarla mühafizəçi məhbuslar tərəfindən əsir götürülüb, Ekvador prezidenti Gilermo Lasso isə ölkədəki bütün həbsxanalarda 60 günlük fövqəladə vəziyyət elan edib.
7NEWS.az








