7NEWS.az xəbər verir ki, Ekvador son həftələrdə ölkənin cənubunda 10 min hektardan çox ərazini yandıran quraqlıq və meşə yanğınları səbəbindən iki aylıq fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Milli Risk İdarəetmə Katibliyi (SNGR) verdiyi yazılı açıqlamada hazırda ölkədə 17 aktiv yanğının olduğunu, onlardan 5-nin nəzarət altında olduğunu bildirib. Açıqlamada, quraqlıq və meşə yanğınları səbəbiylə elan edilən fövqəladə vəziyyətin 60 gün davam edəcəyi vurğulanıb və "NGR bu gündən etibarən ölkə daxilində baş verən yanğınlar haqqında məlumat vermək üçün gündəlik mətbuat konfransları keçirəcək" ifadəsi işlədilib.








