RU
Ekvadorda televiziya kanallarına basqın: Ölkə daxilində qırmızı həyəcan siqnalı VERİLDİ
13:30
27

Ekvadorda televiziya kanallarına basqın: Ölkə daxilində qırmızı həyəcan siqnalı VERİLDİ


Ekvadorda fövqəladə vəziyyət elan edilən bir çox bölgədə partlayışların olduğu bildirilib. Kartel üzvləri televiziya kanalına basqın edərək jurnalistləri girov götürərək aparıcının pencəyinin cibinə partlayıcı qoyublar. Digər tərəfdən silahlı qrupların universitetə ​​hücum etdiyi iddia edilib.

7NEWS.az xəbər verir ki, Cənubi Amerika ölkəsi Ekvadorda "Fito” ləqəbli dəstə başçısı Adolfo Macias Salazar həbsxanadan qaçdıqdan sonra ölkə müharibə zonasına çevrilib. Prezident Daniel Noboanın imzaladığı fərmanla zorakılığın pik həddə olduğu ölkədə fövqəladə vəziyyət elan edilib. Ölkənin müxtəlif bölgələrində partlayışların olduğu da bildirilib. Fövqəladə vəziyyət qərarından sonra cinayətkar təşkilatlar çoxlu polisi qaçırıb.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ