RU
Ekvadorun 2 əyalətində fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB
12:10
409

Ekvadorun 2 əyalətində fövqəladə vəziyyət elan edilib - YENİLƏNİB

"Mən Quayas və Esmeraldas əyalətlərində fövqəladə vəziyyət elan edirəm”.

Bunu Ekvador prezidenti Qilermo Lasso televiziya ilə canlı çıxışında bildirib.
Daxili İşlər nazirliyi bildirib ki, son sutkada terror aktlarında ölən polislərin sayı beşə çatıb. Daha 2 polis əməkdaşı isə yaralıdır.



02.06

Ekvadorun qərbində hüquq-mühafizə orqanlarına qarşı gün ərzində 12 terror aktı həyata keçirilib.

Bu barədə ölkə prezidenti Qilermo Lasso məlumat verib.

Dövlət başçısı terror aktlarında 2 polisin həlak olduğunu, həbsxanalardan birində isə qiyam zamanı 7 nəzarətçinin girov götürüldüyünü bildirib.

Qilermo Lasso terror aktlarına görə ABŞ-a planlaşdırılan səfərini təxirə salıb./apa
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ