RU
Əl-Babdan Türkiyəni kədərləndirən xəbər - 1 şəhid, 4 yaralı
20:25
322

Əl-Babdan Türkiyəni kədərləndirən xəbər - 1 şəhid, 4 yaralı

Türkiyə Silahlı Qüvvələri tərəfindən Suriyanın Əl-Bab şəhərində aparılan "Fırat qalxanı” əməliyyatının 174-cü günündə İŞİD terror təşkilatı türk əsgərlərin olduğu bölgəyə hücum təşkil edib.

Qarşıdurma zamanı 1 əsgər şəhid olub, 4 əsgər yaralanıb.

Yaralı əsgərlər bölgədən təxliyyə olunduqdan sonra təcili tibbi yardım avtomobilləri ilə Kilis və Qaziantepdəki xəstəxanalara aparılıblar.

Qeyd edək ki, "Fırat qalxanı” 2016-cı il avqustun 24-də başlayıb. Bu müddətdə 68 türk əsgəri şəhid olub./qafqazinfo
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ