RU
Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu
10:47
3540

Eldar Mahmudovun daha bir qohumu işdən qovuldu

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovun qardaşı da vəzifəsindən azad edilib 

Xətai Rayon İcra Hakimiyyətinin başçısının müavini Xeyrulla Hüseynovun işiylə vidalaşıb.

Məlumat üçün bildirək ki, Beytulla və Xeyrulla Hüseynov qardaşları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudurlar. E.Mahmudovun işdən çıxarılmasından sonra, oktyabrın 21-də B.Hüseynov da tutduğu vəzifədən qovulub. O, hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, araşdırma gedir./aznews
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ