"Elə bilirdim ki, o sənəd balamın ölüm kağızıdır" - Azərbaycanda uşaq doğum evindən yoxa çıxdı

Azərbaycanda uşaq doğum evindən yoxa çıxıb. 

7News.Az xəbər verir ki, bunu ATV-də yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Bizimləsən" verilişinə müraciət edən Pəri deyib. 

O qeyd edib ki, mənə verilən kağız çox ağ idi: "Hələ mən zarafatla dedim ki, üzərinə bir toz çəkərdiniz ki, inandırıcı olardı. Kağızın üzərində ayaq izləri var. Gecə saat 12-də dedilər ki, biz qeysəriyyə əməliyyatı edəcəyik. Mən o sənədə baxmaq istəmirdim. Elə bilirdim ki, o sənəd balamın ölüm kağızıdır. Açıb baxanda gördüm ki, uşağın ölümü ilə bağlı heç nə yox idi. Əksinə, sənəddə uşağın kafi şəkildə evə buraxıldığı yazılmışdı. Uşağı yoldaşıma göstərən zaman hərəkət edirmiş. Mən uşağımın ölümünü bilirdimsə uşağımı niyə sağdır deyib axtarıram. Onlar iynəni belimdən vurandan sonra məni yatızdırdılar. Uşağın bir dəfə nə səsini eşitmişəm, nə də üzünü görməmişəm. Guya uşağın əhvalı səhər 9:30-da anidən pisləşib. Əgər həqiqətən belədirsə anam, həyat yoldaşım orda olduğu təqdirdə heç nə deməyiblər. Mən 11 il ərzində hər dəfə həyat yoldaşıma deyirəm ki, gərək o zaman üsyan edərdiniz. Bir körpə uşaq görəndə elə bilirəm ki, mənim öz övladımdır".




 

7News.Az

Xəbər lenti