RU
Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə cənubdan daxil olur
12:04
637

Əli Həsənov: Narkotiklərin 80 faizi ölkəyə cənubdan daxil olur

2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb.

7news.Az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov deyib.

Onun sözlərinə görə, son illər Azərbaycan hüquq mühafizə orqanları tərəfindən narkotik qeyri qanuni dövriyyədən çıxarılma halları artıb:

"Bu sahədə aparılan aidiyyatı dövlət qurumları tərəfindən aparılan mübarizə aktivləşib. 2018-ci ilin beş ayında 1 ton 400 kq-a qədər narkotik vasitə götürülüb. Aidiyyatı nazirliklərimiz bu sahədə təbliğat işlərini gücləndiriblər. Bu problem ölkəmiz üçün spesifik problem deyil. Amma ölkədə, regionda böyük həcmli, tutumlu beynəlxalq tikinti layihələri aparıldığı, eləcə də, qaz, neft, istər digər sahələrdə yük daşımalar artdığı üçün təbii ki, beynəlxalq narkomafiyanın da ölkəmizdən müxtəlif daşınma yolları ilə narkotik vasitələri daşımaq istəkləri də artıb. Aidiyyatı qurumlar bu məsələ barədə tədbirlər görməlidir”.

Əli Həsənov bildirib ki, dünyada elə bir ölkə yoxdur ki, orada narkotik vasitə istifadəçisi olmasın:

"Azərbaycan bu istiqamətdə tranzit ölkədir. Azərbaycanın iqtisadi inkişafı, dünyada olan mövqeyi beynəlxalq mafiyanı diqqətindədir. Azərbaycandan daşınan narkotiklərin 90 faizi əfqan mənşəlidir. Ölkəmizin 5 cənub rayonu, Astara, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar rayonlarına İran tərəfindən əfqan mənşəli narkotiklərdaxil olur. Ölkəyə daxil olan narkotiklərin də 80 faizi həmin beş rayondan daxil olur. Ölkəmizin daxil olan narkotik vasitələr əsasən Şirvan və Cəlilabad rayonlarında cəmləşir və oradan paylanılır”.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ