"Əli Kərimli ilə Xədicə İsmayılın bu gün ölkə də "siyasi məhbus” alveri ilə məşğul olduğu hər kəsə bəllidir. Əli Kərimli indi də Cahangir Hacıyevi "siyasi məhbus” adlandırmağa hazırlaşır” – bu fikirləri BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı 7news.az saytına açıqlamasında deyib.
Onun sözlərinə görə, artıq bu məsələ də Xədicə İsmayılla Əli Kərimli arasında ciddi şəkildə narazılıq yaradıb: " Son 10 gün də sosial şəbəkə də apardığım müşaidəni qeyd etmək istəyirəm. İlk əvvəl ər hər ikisi özlərinin tərtib etdiyi və beynəlxalq təşkilatlara təqdim etdiyi "siyasi məhbus” siyahısın da Nardaran qəsəbəsində həbs edilmiş və İran xüsusi xidmət orqanlarının ələ aldığı 60 nəfərə yaxın şəxsi "siyasi məbus elan etdilər. Bu o demək idi ki, hər ikisi bu məsələ də kifayət qədər maddi gəlir əldə etmişdilər. Vəsaitin də haradan əldə edildiyi bəllidir. Çünki uzun illərdi özlərini "Qərb yönümlü” və "Amerikapərəst” adlandıran Əli Kərimli ilə Xədicə İsmayıl birdən birə İran molla rejiminə qulluq edən və İran mollarının əlini öpməkdən qürur duyan Taleh Bağırzadə və ətrafın da olan şəxsləri "siyasi məhbus” adlandırmazdı . Və onların adlarını beynəlxalq təşkilatlara təqdim etməzdilər. İndi isə, Azərbaycan xalqının milyardlarını oğurlamış və məhkəmə vasitəsi ilə birbaşa sübut olunmuş keçmiş Beynəlxalq Bankın rəbəri Cahangir Hacıyevin ətrafın da "siyasi məhbus” oynunu oyanayırlar. Acıq şəkildə görünür ki, Əli Kərimli Oktay Gülalayev önə verməklə Cahangir Hacıyevi özlərinin hazırladığı "siyasi məhbus” siyahısına əlavə etmək istəyir. Bununla bağlı Oktay Gülalayev informasiya yayır ki, Cahangır Hacıyevin işini nəzarətə götürmüşük və araşdırırıq . Xədicə İsmayıl isə bunun əleyhinə olduğunu göstərir. Görünür, bu, məsələ də Xədicə İsmayıl hələki razılığa gələ bilməyib. Yəni, mali məsələsin də razılaşa bilməyiblər. Ancaq o bəllidir ki, artıq Əli Kərimli Cahangir Hacıyevlə razılaşıb və Əli Kərimli ondan kifayət qədər maliyyə qopara bilib. Hər kəsə bəllidir ki, Oktay Gülalayev Əli Kərimlinin nəzarətindədir və o birbaşa Əli Kərimlinin tapşırıqlarını yerinə yetirir. Əli Kərimli, Cəmil Həsənli və Oktay Gülalıyev ilk gündən "siyasi məhbus” siyahısını bir yerdə elan etdilər. Bunlar birgə iş qurublar. Bİr yerdə qazanırlar. Əli Kərimlinin icazəsi olmadan Gülalıyev bir nəfərin belə adını çəkməz. Görün, Əli Kərimli nə qədər pul hərisidir ki, Cahangir Hacıyevin dövlət budcəsinin oğurlaması və öz ailəsinin, yaxın qohumlarının adına milyonlara dolları qanunsuz olaraq kredit verməsi bəlli ola-ola belə bir şəxsin müdafiəsini təşkil edir. Bir daha qeyd etmək istəyirəm, Əli Kərimli üçün əsas prinsip maliyə qazanmaqdır. Onu yaxından tanıyan hər kəs bilir ki, Əli Kərimliyə pul verdinsə, bir müddət o şəxsi müdafiə edir. Pul verənin kim olması heç bir rol oyanmır. İnanın ki, Əli Kərimli şeytandan da pul alıb, onu müdafiə edər.
7News.az








