« Əli Kərimli ilə Xədicə İsmayıl bir medalın iki üzüdür. Sadəcə, bu gün hər ikisi siyasi məhbus biznezinə girişib pul qazanırlar”. Bunu 7news.az- a Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı deyib.
Sədr müavininin sözlərinə görə, bilərəkdən özləri iki siyahı hazırlayıblar və guya bunlar arasında narazılıq var: "Baxın, hər ikisi Nardaran hadisələrində həbs olunmuş 60-a yaxın şəxsi öz siyahılarında "siyasi məhbus" elan ediblər. Heç kimə sirr deyil ki, Nardaran qəsəbəsində Taleh Bağırzadə ilə bir qrup şəxs İran molla rejimininə qulluq edən və İran ayətullalarının əlini öpməyə özlərinə şərəf bilənlərdi. Bu adamlar həm Xədicə İsmayıl, həm də Əli Kərimli "siyasi məhbus" kimi beynəlxalq təşkilatlara təqdim edirlər. Uzun illərdi bu adamlar özlərini Qərbpərəst siyasətçi və jurnalist adlandırlar. İndi nə baş verdi ki, birdən-birə İranın agentlərini öz siyahılarında yazırlar? Birmənalı olaraq deyirəm ki, maddi gəlir. Qazanc əldə etmə. O gün Əli Kərimli nəzarətində olan Oktay Gülalıyev milyardlarla xalqın pulunu oğurlamış keçmiş Beynəlxalq Bankın prezidenti Cahangir Hacıyevin işinin araşdırıldığını və onun da siyasi məhbus olub-olmasını elan edəcəklərini yazıb. Bu o deməkdir ki, Əli Kərimli Cahangir Hacıyevdən də pul alıb və onu yaxın günlər də öz siyahısına əlavə edəcək.








