Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada baş verən təyyarə qəzası ilə bağlı olaraq rusiyalı həmkarı Vladimir Putinə başsağlığı məktubu ünvanlayıb.
7news.Az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Vladimir Vladimiroviç,
Çoxsaylı insan tələfatı ilə nəticələnmiş "Tu-154” təyyarəsinin qəzaya uğraması barədə xəbər məni sarsıtdı.
Azərbaycan xalqı adından və şəxsən öz adımdan Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına dərin hüznlə başsağlığı verirəm”.
7news.Az








