Belarus prezidenti Aleksandr Lukaşenko noyabrın 28-29-u tarixlərində Bakıda səfərdə oldu. Bu səfər Belarus-Azərbaycan münasibətləri fonunda olduqca əhəmiyyətli idi. Xüsusilə Kollektiv Təhlükəsizlik Müqaviləsinin (KTMT) üzvü olan və 2017-ci ildə bu quruma rəhbərlik edəcək Belarusun aprel müharibəsində olduğu kimi, yenə də Azərbaycanın yanında olması diqqətçəkəndir.
Səfər sonrası ən diqqətçəkən məqam isə Ermənistanın reaksiyasıdır. Əslində, bu gözlənilirdi.
"Lukaşenkonun Bakı səfəri onu göstərdi ki, Belarus kimin yanındadır”.
Bu barədə "armenainreport” saytı yazıb.
Sayt qeyd edir ki, əslində, Minsk Bakının yanında olduğunu hələ aprel hadisələrində göstərmişdi.
"Bu, dəyişməz olaraq qalacaq və gələcəkdə də belə olacaq. Artıq Belarus da Ermənistanın digər müttəfiqləri kimi Azərbaycana silah satmaq qərarına gəlib. Əslində, Putindən Lukaşenkoya qədər hər kəs KMTT-də və Avrasiya İqtisadi İttifaqında Bakının yanında olduqlarını çoxdan sübut edib”, - deyə sayt qeyd edib.
Qeyd edək ki, aprel müharibəsi zamanı Aleksandr Lukaşenko Prezident İlham Əliyevə zəng edərək, Azərbaycan Ordusunun ərazi bütövlüyünün bərpası üçün atdığı bütün addımları dəstəklədiyini ifadə etmişdi. Bu zəngdən bir gün sonra Belarus XİN bəyanat yayaraq, Lukaşenkonun dediklərini bir daha qeyd etdi və tərəfləri atəşi dayandırmağa çağırdı. Həmin vaxt Belarusun Ermənistandakı səfiri İqor Nazaryuk Ermənistan XİN-ə çağırılmışdı.
"Yerkir” qəzeti yazır ki, Belarus Azərbaycana silah satmasının Ermənistanda narazılıq yaradacağını bilə-bilə bunu edir: "Çünki Lukaşenko üçün Sarkisyanın nə deyəcəyi əhəmiyyətli deyil. Ümumiyyətlə, onun üçün Ermənistanın KTMT-də və Avrasiya İqtisadi İttifaqında olması maraqsızdır”.//publika.az