RU
Elman Rüstəmovdan gözlənilən
20:38
1195

Elman Rüstəmovdan gözlənilən

“Biz müşahidə edirik ki, dünya bazarında neftin qiyməti ötən ilin iyulundan etibarən 3 dəfədən çox aşağı düşüb. Bu, Azərbaycan iqtisadiyyatı üçün gəlirlərin əhəmiyyətli dərəcədə azalması deməkdir. Bu azalma da ölkənin tədiyyə balansına əhəmiyyətli təsir göstərir”.

7news.az report-a istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, valyuta bazarı və məzənnəyə təsir edən əsas amil yalnız neftin qiymətinin aşağı düşməsi deyil:

“Hazırda tərəfdaş ölkələrdə davam edən devalvasiyalar da bu məsələdə az rol oynamır. Tərəfdaş ölkələrdə devalvasiyanın səviyyəsi 100 faizi ötüb ki, bu da manatın məzənnəsinə təsir etməyə bilməz”.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ