Biz, qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha vurğulayırıq.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, Xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Mevlüt Çavuşoğluna dərin hüznlə başsağlığı məktubu ünvanlayıb.
Hal-hazırkı məlumata görə yaralananlar sırasında iki nəfər Azərbaycan Respublikası vətəndaşı da müəyyən edilib.
Azərbaycan Respublikasının İstanbuldakı Baş Konsulluğu məsələ ilə əlaqədar Türkiyənin müvafiq dövlət orqanları və vətəndaşlarımızla davamlı təmasdadır.
Əlavə məlumat olduğu təqdirdə, ictimaiyyətə bildiriləcəkdir.
7news.Az








