Xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Federasiyasının Türkiyə Respublikasındakı səfiri Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi ilə əlaqədar həmkarı Serqey Lavrova başsağlığı məktubu göndərib.
Bu barədə 7news.Az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Elmar Məmmədyarov məktubda dərin kədər və təəssüf hissi ilə səfir Andrey Karlovun terror aktı nəticəsində öldürülməsi xəbərini eşitdiyini qeyd edərək Serqey Lavrova dərin hüznlə başsağlığını ifadə edib.
Nazir məktubda həmçinin öz adından və Xarici İşlər Nazirliyinin kollektivi adından Andrey Karlovun ailəsinə və yaxınlarına başsağlığının çatdırılmasını xahiş edib.
7news.Az








