RU
Əmək və Sosial Münasibətlər Akademiyasında təlim- FOTO
17:38
646

Əmək və Sosial Münasibətlər Akademiyasında təlim- FOTO

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində üçüncü təlimini 03 noyabr 2016-cı il tarixdə Əmək və Sosial Münasibətlər Akademiyasında keçirdi.
 
Təlimdə Akademiyanın tələbələri iştirak etdi.
Təlimin məqsədi ağır yoluxucu xəstəliklərin (Hepatit B və Hepatit C, vərəm, İİV/QİÇS)  yayılmasının qarşısının alınmasına  müəyyən dərəcədə köməkliyin göstərilməsi idi.
Təlimi Akademiyanın aparıcı müəllimlərindən olan Vüsalə xanım giriş sözü ilə açaraq təlim iştirakçılarını salamladı, təlimçiləri tələbələrə təqdim etdi. İlk əvvəl çıxış üçün söz layihəniin aparıcılarından olan Fikrət Xəlilova verdi. O, keçirilən layihənin məqsəd və məramı haqqında məlumat verdi və bildirdi ki, sözü gedən layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə həyata keçirilir.

Layihənin eksperti həkim-infeksionist Solmaz Mirzəyevaya B və Hepatit C, vərəm, İİV/QİÇS xəstəlikləri, onlardan  qorunma üsulları və onların müaliciəsi haqqında dinləyicilərə ətralı məlumat verdi. Sonda həkimlər dinləyiciləri maraqlandıran sualları cavablandırdılar.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ