Müğənni-bəstəkar Eminin yeni işıq üzü görən “Boomerang” sinqlı böyük uğur əldə edib.
Bu haqda ifaçının İnstaqram səhifəsində yazılıb. Belə ki, “Boomerang” işıq üzü gördüyü ilk həftədə Böyük Britaniyanın rəsmi "pop-chart"ında 33-cü yerə yüksəlib.
Qeyd edək ki, sinqlda Eminin dünyaşöhrətli musiqiçi Nayl Rodcerslə duet şəklində oxuduğu eyniadlı mahnısı yer alır.
Bəstəyə çəkilən klip sentyabrın 25-də təqdim olunacaq. /axsam
7news.az








