ABŞ-da ticarət mərkəzində atışma olub.
7News.Az Sputniknews-a istinadla xəbər verir ki, ABŞ-ın Alabama ştatında Huver şəhərindəki "Riverchase Galleria mall"da silahlı şəxs alıcılara hücum edib.
Polis silahlı şəxsi güllələyərək öldürüb.
Yaralıların sayı barədə məlumat verilmir.
Qeyd edək ki, bu gün dünyada "Black Friday" (Qara cümə) kimi qeyd olunur.
7News.Az









