Çankırı (Türkiyə) şəhərində boşanan ər-arvad arasında qarşıdurma kütləvi davaya çevrilib.
7News.Az haberler.com-a istinadən xəbər verir ki, davaya onların yaxınları da qoşulub.
Polis müdaxiləsi nəticəsində 3 nəfər həbs olunub. Kütləvi davanı seyr edənlər baş verənləri cib telefonlarına çəkiblər. Yaşanan hadisəyə hətta şəhər valisi Abdullah Ayaz da münasibət bildirib.
7News.Az








