Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Danışıq zamanl Rusiya-Ukrayna müharibəsi, böhranın həllinə dair məsələlər müzakirə edilib.
Prezident Ərdoğan qlobal ərzaq böhranının qarşısının alınmasında amil olacaq Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracı üçün birgə səyləri davam etdirdiklərini bildirib.
7NEWS.Az








