“Onlar burada olmalı deyillər”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentinin deputatların toxunulmazlığının ləğv edilməsini tarixi hadisə hesab edir.
Bu barədə 7news.Az RİA Novosti-yə istinadən xəbər verir.
“Bu gün tarixi səsvermə olub. Mənim xalqım separatçı terror təşkilatı (Türkiyədə qadağan edilmiş Kürdüstan İşçi Partiyası – red.) dəstəkləyənləri parlamentdə görmək istəmir. İqtidar partiyası, Milli Hərəkat Partiyası “onlar burda olmalı deyillər” deyir”, - Ərdoğan ölkənin şimali-şərqində yerləşən Rizə şəhərində tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Türkiyə Parlamenti cümə günü deputatların toğunulmazlığının ləğv edilməsinə dair qanun qəbul edib, 550 parlamentaridən 376-sı qanunun qəbul edilməsinin lehinə səs verib.
7news.Az








