RU
Ərdoğan hakimiyyətinə qarşı terrora hazırlaşan İŞİD-çi azərbaycanlı çıxdı - FOTO
13:13
370

Ərdoğan hakimiyyətinə qarşı terrora hazırlaşan İŞİD-çi azərbaycanlı çıxdı - FOTO

Ankarada mayın 21-nə keçən gecə polislə atışmada öldürülən iki İŞİD-çi haqqında xəbər yayılıb.

7News.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçuların ikisinin də Azərbaycan vətəndaşları olması müəyyən edilib.

İŞİD-çilərin kimlikləri haqqında məlumat verilməsə də onları Ankaraya aparan və daha sonra İstanbula qayıdarkən tutulan digər İŞİD üzvünün Azərbaycan vətəndaşı Abhüseyn Cəlilov olduğu açıqlanıb.

Məlumata görə, o, Qusar rayonunun Yasab kəndindəndir, 1993-cü ildə anadan olub. NTV telekanalı terrorçunun sürücülük vəsiqəsinin fotosurətini yayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ