RU
Ərdoğan Kaşıkçıya görə Trampa zəng etdi
10:50
354

Ərdoğan Kaşıkçıya görə Trampa zəng etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla amerikalı həmkarı Donald Tramp arasında telefon danışığı baş tutub.

7News.Az Türkiyə KİV-ə istinadla xəbər verir ki, danışıqların əsas mövzusu Səudiyyə Ərəbistanının Ankaradakı konsulluğunda müxalif jurnalist Camal Kaşıkçının qətli olub. 

Liderlər bu hadisənin bütün aspektlərinin dəqiqləşdirilməli olduğunu vurğulayıb. 

Bundan başqa, prezidentlər Suriyadakı vəziyyəti, terrorçuluqla mübarizəni və ikitərəfli əlaqələri müzakirə ediblər.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ