RU
Ərdoğan Pakistan Baş nazirinə təşəkkür edib
20:10
273

Ərdoğan Pakistan Baş nazirinə təşəkkür edib

Türkiyə terrorun hər növünə qarşı mübarizəsini sərhədlərinin daxili və xaricində davam etdirəcək.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistan Baş naziri Şahbaz Şərif ilə birlikdə iştirak etdiyi Pakistan üçün MİLGEM Korvet Layihəsinin 3-cü gəmisinin suya buraxılması mərasimində bildirib.
O qeyd edib ki, terrorçular, arxalarında kimlərin durmasından asılı olmayaraq, törətdikləri cinayətlərin cavabını verəcəklər.

Ərdoğan, həmçinin Ş. Şərifə və Pakistan xalqına terrorla mübarizədə Türkiyə ilə həmrəy olduqlarına görə təşəkkür edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ