Türkiyə prezidenti Rəcəb Tayyib ƏrdoğanRusiyaya səfər edəcək.
7News.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu məlumatı Ərdoğan Türkiyə Böyük Millət Məclisinin komitə iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, yaxın günlərdə Türkiyə nümayəndə heyəti Rusiyaya səfər edəcək.
"Moskva səfərindəki proseslərə uyğun olaraq, daha sonra mən Vladimir Putinlə görüş keçirəcəm”, - Ərdoğan bildirib.
Səfərin dəqiq tarixi açıqlanmayıb.
7News.Az








