RU
Ərdoğan Şoltsla Türkiyə-Aİ dialoqunu müzakirə edib
20:50
319

Ərdoğan Şoltsla Türkiyə-Aİ dialoqunu müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Kansleri Olaf Şoltsla telefon danışığı aparıb.

7NEWS.Az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, Ərdoğan Almaniyadan Türkiyə-Yunanıstan münasibətlərində yenidən neytral mövqe tutmasını gözlədiklərini bildirib.

Türkiyə lideri, Türkiyə-Aİ dialoqu, Gömrük İttifaqının yenilənməsi üçün danışıqlar və üzvlük danışıqlarının canlandırılmasının vacibliyini də vurğulayıb. Bundan başqa, tərəflər Rusiya-Ukrayna müharibəsinə dair son hadisələri də müzakirə edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ