Dünyanın "əsrin humanitar fəlakəti”nin yaşanmasından narahat olduğu Suriyanın İdlib vilayətində Türkiyə və Rusiya prezidentləri – Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin arasında əldə olunan Soçi razılaşmasının icrası başlayıb.
7News.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriya İnsan Hüquqları Monitorinqi Mərkəzinin verdiyi məlumata görə, "Feylak əl-Şam” müxalifət qrupu bölgədən çəkilməyə başlayıb.
İdlibdən ağır silahlarını və döyüşçülərini çəkən "Feylak əl-Şam” Soçi razılaşmasını həyata keçirən ilk qrupdur.
Xatırladaq ki, Soçi razılaşması sentyabrın 17-də əldə edilib. Razılaşmaya əsasən, İdlib ətrafında 15-20 kilometrlik təmas xətləri qurulacaq və bu bölgələrə silah daxil edilməyəcək. Bəşər Əsəd gücləri və müxaliflər bu dəhlizlərə daxil ola bilməyəcək. Dəhlizlər türk və rus əsgərləri tərəfindən qorunacaq.
7News.Az








