RU
Ərdoğan yeni hücumun ANONSUNU VERDİ: yaxın vaxtlarda...
14:59
586

Ərdoğan yeni hücumun ANONSUNU VERDİ: yaxın vaxtlarda...

Türkiyə yaxın vaxtlarda Suriyada Fəratın şərqində PKK/YPG terror təşkilatına qarşı əməliyyata başlayacaq.

Bu haqda ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fəratın şərqində terror strukturunun yaradılmasına icazə verməyəcəyik, biz onu addım-addım təmizləyərək dağıdacağıq. Bu istiqamətdə hazırlıqları tamamladıq. Bir gecə qəfil gələ bilərik”, - Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup toplantısında deyib.

 

Türkiyə prezidentinin sözlərinə görə, Fəratın şərqində təhlükəsizlik zonasını yaratmaq niyyətindədir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ