Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sakinlərdən biri tərəfindən qəribə təklif edilib. Prezident Malatyaya getmək üçün avtomobil karvanı ilə Tarabya köşkündən çıxıb və simit almaq üçün meydanda karvanı dayandırıb. Prezidentin mühafizəçiləri simit alarkən satıcı Ərdoğanın yanına gələrək əlini öpüb. Daha sonra digər vətəndaşlar da prezidetin yanına gələrək onunla söhbət ediblər.
Vətəndaşlardan birinin R.T.Ərdoğana etdiyi təklif isə diqqətdən yayınmayıb. O, prezidentə deyib: "Rəis, məni baş nazir vəzifəsinə gətirərsən? Məndən daha sadiq dost tapa bilməzsən". Daha sonra prezident ərazini tərk edib və Malatya səfərinə yola düşüb.
Tükiyənin hakim partiyasının may ayının 5-də növbəti qurultayı olub. Partiyanın sədri - baş nazir Əhməd Davudoğlunun başçılığı altında İdarə Heyətinin toplantısı olub. Toplantı zamanı Davudoğlu deyib:
"25 illik tarixdə əziz millətimizin xidmətində olmaq mənim üçün bir qürur idi. Bu gün perspektivimizi paylaşma zamanımızın gəldiyini düşünürəm. 20 ay canla-başla çalışdım. Buna millətim də şahiddir. Addım atmadığım vilayətimiz qalmadı, bəzilərinə 7-8 dəfə getdim. Türkiyənin baş naziri olaraq üzərimizə düşən vəzifəni icra etdik. AKP rəhbəri olaraq vəzifəmdən istefa verirəm".
Ə.Davudoğlu deyib ki, 22 mayda qurultay keçirilməsi barədə qərar qəbul edilib. Lakin qurultayda namizədliyini irəli sürməyəcək. O qeyd edib ki, namizəd olmasa da, AKP-də siyasi mübarizəsini davam etdirəcək. "Buna görə peşman da deyiləm. Heç bir zaman xidmət, vəzifə izində olmamışam. Həyatımda inanmadığım heç nəyi müdafiə etmədim".
Baş nazir prezident R.T.Ərdoğanla münasibətlərini korlamağa çalışanlara əsla izin verməyəcəyini qeyd edib. "Onun ailəsi mənim ailəm, onun qüruru mənim qürurumdur. Son nəfəsimizə qədər ona sadiq qalacam".
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf partiyasının (AKP) qurultayı və Əhməd Davudoğlunun istefası xəbəri barədə ilk açıqlama verib. O, AKP-nin 22 mayda qurultay qərarı barədə danışıb. "Xeyirli olsun. Bu, baş nazirin öz qərarıdır".
Baş nazirin istefasından sonra Türkiyə KİV-i yazıb ki, yeni baş nazirin 4 tanınmış siyasətçidən birinin ola biləcəyi barədə məlumatlar gəzir.
Davudoğlunun yerinə gətiriləcək şəxslər arasında prezident Ərdoğanın kürəkəni, enerji və təbii sərvətlər naziri Berat Albayrak, dənizçilik və kommunikasiya naziri Binali Yıldırım, ədliyyə naziri Bəkir Bozdağ və hökumətin sözçüsü Numan Kurtulmuşun adı hallanır.
Əhməd Davudoğlu 2009 - 2014-cü illərdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Ərdoğan Türkiyə prezidenti seçiləndən sonra 2014-cü ildə Davuoğlu baş nazir olub./anspress
7news.Az








